Mayın 18-də, saat 10:00-da “Meqa Sığorta” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yığıncaq şirkətin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 19A ünvanında yerləşən ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.
Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə (“Rabitəbank” ASC-nin 30%-lik səhmdarı), 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank"ın səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.
Report.az