“Meqa Sığorta” ASC 2016-cı ildə iri sığorta ödənişini həyata keçirdi | Banco.az

“Meqa Sığorta” ASC 2016-cı ildə iri sığorta ödənişini həyata keçirdi

“Meqa Sığorta” ASC 2016-cı ilin sonunda tikinti-montaj risklərinin sığortası növü üzrə Sığortalı hüquqi şəxsə 1 122 000 AZN məbləğində sığorta ödənişi həyata keçirmişdir.

İnşaat zamanı sığorta obyektinə ziyan dəymiş və sığorta hadisəsi nəticəsində yaranmış zərərlər “Meqa Sığorta” ASC tərəfindən ödənilmişdir.

“Meqa Sığorta” ASC sığorta fəaliyyətinə 2010-cu ildən başlamışdır. İsveçrənin SGS şirkəti tərəfindən ISO-9001 2008 keyfiyyət idarəetmə sertifikatı ilə təltif edilmişdir. Keyfiyyət idarəetmə sisteminin, məhsul və xidmətlərin inkişafında yüksək nailiyyətlər qazandığına görə “Meqa Sığorta” ASC müxtəlif mükafatlara layıq görülmüşdür. Müştərilərinin sorğularını daha operativ cavablandırmaq və eləcə də sığorta hadisələrini daha sürətlə tənzimləmək məqsədi ilə Şirkət Bakıda və Azərbaycanın 16 müxtəlif bölgəsində təmsil olunur. İşə professional yanaşma, etibarlılıq, qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi, təklif etdiyi sığorta məhsullarının çeşidi və yüksək səviyyəli sığorta xidmətləri ilə müştərilərin inam və rəğbətini qazanan şirkət qısa zamanda Azərbaycan sığorta bazarının liderlərindən birinə çevrilməyə nail olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Trend.az