“Mənzilləri kütləvi almışıq, qiymətləri bazardan aşağıdır” | Banco.az

“Mənzilləri kütləvi almışıq, qiymətləri bazardan aşağıdır”

İpoteka və Kredit Zəmanəti Fondunun bas direktoru İlham Kələşov kirayə mexanizmi ilə təklif ediləcək mənzillərin 1 kvadrat metrinin 1800-2000 manat civarında olduğu barədə yayılan məlumatların yanlış olduğunu bildirib.

Fondun baş direktoru deyib:

 “Qiymətlər ilə bağlı sosial şəbəkələrdə və mediada müxtəlif fikirlər səslənir. Qeyd edim ki, 1 kv.m üçün danışılan qiymətlər Fondun təlimatlarından birində şərti olaraq göstərdiyi qiymətlərdir. Baxmayaraq ki, Fond  bir neçə dəfə həmin qiymətlərin şərti olduğunu açıqlayıb. Buna baxmayaraq, şərti qiymətlər əhali arasında dolaşmaqdadır. Fond 1800-2000 manat qiymətlərini açıqlamayıb. Qiymətlər ilə bağlı əminliklə deyə bilərik ki, alınan yaşayış sahələrinin qiymətləri orta bazar qiymətlərindən aşağıdır, çünki Fond bu mənzilləri kütləvi alıb. Biz məlumat verdik ki, satmaq öhdəliyi ilə kirayə müqaviləsi üzrə aylıq ödənişlər Bakı şəhərində 411 manatdan, Xırdalan şəhərində 333 manatdan, Sumqayıt şəhərində 297 manatdan başlayacaqdır”.

Ən sərfəli kredit üçün müraciət et

SAHƏLƏRƏ DİVARIN ALTINDA QALAN YERLƏR DAXİL DEYİL

İlham Kələşov əlavə edib ki, Fondun aldığı mənzillər analoji mənzillər ilə müqayisə aedilmir, həmçinin kirayəyə veriləcək mənzillərin sahələri iç ölçülər ilə hesablanıb: “Qaydalara əsasən, təklif olunan mənzillər yeni tikililərdədir və tam təmirlidir. Həmçinin Fondun göstərdiyi mənzil sahələri çıxarışda (kupçada- red) göstərilən sahələrdir. Bildiyimiz kimi, tikinti şirkətləri tərəfindən təqdim edilən sahələr xarici divar ölçüləri üzrə aparılmış hesablamanı (divarın çöl hissəsindən aparılmış hesablama) göstərir. Fondun aldığı mənzillər üzrə göstərdiyi sahələr  isə iç ölçülər ilə aparılmış hesablamanı göstərir”.

İlham Kələşov qeyd edib ki, kirayə müddətində əmlak sığortası ilə bağlı xərclər Fond tərəfindən qarşılanacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et