Mənzilini sığortalayanlara kredit veriləcək | Banco.az

Mənzilini sığortalayanlara kredit veriləcək

Azərbaycan aparıcı sığorta şirkətlərindən biri olan “Bakı Sığorta” mənzillərin sığortalanması ilə bağlı yeni məhsulunu müştərilərin ixtiyarına verib. Şirkətdən verilən məlumata görə, öz mənzilini “Bakı Sığorta”da sığortalayanlar şirkətin maliyyə sektorundakı tərəfdaş müəssisəsi – “Bank Respublika” tərəfindən illik 9,69%-lik faiz dərəcəsi ilə 1 illik kredit xətti əldə edəcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Kredit xəttinin məbləği müştərinin ödədiyi 1 illik sığorta haqqının 3 misli qədər maksimum 5 min manat olacaq. Sığorta haqqının məbləği isə mənzilin bazar dəyərinin 0,3%i qədər olmaqla müəyyən edilir. Bununla belə, müştəriyə kredit xəttinin açılıb-açılmamasına “Bank Respublika”nın kredit mütəxəssisləri tərəfindən onun ödəniş qabiliyyəti və kredit tarixçəsi araşdırıldıqdan sonra qərar veriləcək.

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et