Mənzil girov qoyub kredit alma şərtləri (Araşdırma) | Banco.az

Mənzil girov qoyub kredit alma şərtləri (Araşdırma)

Kredit şərtlərininin sərtləşməsinə baxmayaraq insanlar hələ də maddi ehtiyaclarını ödəmək üçün banklara  müraciət edirlər. Daha çox pul götürmək üçün isə bəzən yaşadıqları mənzili də girov qoyan insanlara rast gəlmək olar. Bəs banklar evlərini girov qoyanlar üçün hansı tələblər qoyurlar? Əvvəlcə onu qeyd edim ki, istənilən halda iş yerindən arayış bankların öncül tələblərindən biri hesab olunur.

Beləliklə, bu barədə Banco.az portalı olaraq bir neçə bankla əlaqə saxlayaraq araşdırma apardıq. Nəticələri sizə təqdim edirik:

Ən sərfəli kredit üçün müraciət et

Ən çox maraqlandırılan sual evin dəyərinin neçə faizi həcmində kredit verilməsidir. Bankların əksəriyyəti 70 % təklif etsələr  də, daha az miqdarda (30 -65%) deyənlər oldu. Qeyd olunan kreditlər əsasən manatla (AZN) verilir.

Mənzili girov qoymaq üçün kupçi, çıxarış tələb olunmasıyla bərabər əksər banklar evdə qeydiyyatda olan insanların razılığını tələb edirlər. Bizi maraqlandıran bir məsələ isə “ev sahibi olan şəxs başqa şəxsə etibarnamə verdiyi halda bu krediti əldə edə bilər?” sualı idi. Əsasən etibarnamə sənəd kimi kifayət etsə də, bəzi banklar ev sahibi olan şəxsin kredit vermə  prosesində şəxsən iştirak etməsini tələb edirlər.

Ən sərfəli krediti almaq üçün müraciət et