Mənim arzum - Bankir olmaq | Banco.az

Mənim arzum - Bankir olmaq

Hər kəsin bir arzusu var. Kimisi ev almaq istəyir, kimisi xoşbəxt olmaq, kimisi oxumaq və  kimisi də işləmək.

Banco.az olaraq isə biz "Mənim arzum - Bankir olmaq" deyənləri düşünərək bir layihəyə başladıq. 

Layihə müddətində Azərbaycan banklarında iş imkanları və işəqəbul prosesləri haqqında oxucularımızı məlumatlandırmağa çalışacağıq. Əsas məqsədimiz, bankda işləməyi arzulayan insanların suallarına cavab tapa bilməkdir. 

Əgər sizə də hər hansı bir bankda işəqəbul prosesinin necələyi və mərhələləri maraqlıdırsa bizi izləməyə davam edin. 

Ən sərfəli kredit üçün müraciət et

Layihəmizin ilk qonaq bankı "Bank of Baku"dur. 

"Bank of Baku" işçi qəbulunda nələr önəm verir, işə qəbul prosesi hansı mərhələlərdən ibarətdir deyə düşünmüsünüzsə və maraqlanmısınızsa bütün bu sualların cavabını Bankın İnsan Resursları Departamentinin İdarəetmə şöbəsinin rəhbəri Yeganə xanım Seyidli banco.az-a olan müsahibəsində cavablandırıb.

Müsahibə ilə buyurub tanış ola bilərsiniz.

Yeganə Seyidli: "İşçilərin inkişafı, ilk növbədə bankın inkişafı deməkdir"​

 

Ən sərfəli krediti almaq üçün müraciət et