Mənfəətli bankların sayı azalıb | Banco.az

Mənfəətli bankların sayı azalıb

Mərkəzi Bankın  açıqladağı rəqəmlərə əsasən 2014-cü ilin yekunu üzrə mənfəətlə işləyən bankların sayı 37 olub. Noyabr ayında mənfəətli bankların sayı 39 idi. Dekabr ayı ilə müqayisədə bankların mənfəətinin cəmi 14,5% azalaraq, 439,44 mln-dan 375,33 mln-a enib.  Zərərlə işləyən bankların sayı isə 8-dir.

Ən sərfəli kredit üçün müraciət et

2013-cü ilin 12-ci ayı ilə müqayisədə bankların cəmi mənfəəti 37,8% artaraq, 272,32 mln-dan 375,33 mln-a yüksəlib.