Mənfəəti 32 dəfə artıb - DAHA BİR BANK VƏZİYYƏTİNİ AÇIQLADI | Banco.az

Mənfəəti 32 dəfə artıb - DAHA BİR BANK VƏZİYYƏTİNİ AÇIQLADI

“RabitəBank” ASC 2019-cu ilin 1-ci rübünü 3 milyon 258 min manat mənfəətlə (vergidən əvvəl) başa vurb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 32 dəfə çoxdur. Bank 2018-ci ilin 1-ci rübünü 102 min manat mənfəətlə bağlamışdı.

2019-cu ilin yanvar-mart dövründə “RabitəBank”ın cəmi gəlirləri 11 milyon 761 min manat, cəmi xərcləri isə 8 milyon 885 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən 2 milyon 876 min manat əməliyyat mənfəəti yaranıb. Həmçinin ehtiyatın 383 min manatı azad olduğundan “RabitəBank”ın mənfəəti 3 milyon 258 min manata yüksəlib.

 

Mənfəətin kəskin artması bu il Bankın ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyata vəsait ayırmaması ilə bağlıdır.

2018-ci ilin yanvar-mart dövründə “RabitəBank”ın cəmi gəlirləri 11 milyon 120 min manat, cəmi xərcləri 8 milyon 884 min manat, əməliyyat mənfəəti 2 milyon 236 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 2 milyon 132 min manatı ehtiyata arıldığından Bank həmin dövrdə 102 min manat mənfəət əldə etmişdi.

 

FAİZ GƏLİRLƏRİ ARTIB

2018-ci ilin ilk rübündə “RabitəBank”ın faiz gəlirləri 8 milyon 910 min manat ikən, 2019-cu ilin ilk rübündə 9 milyon 679 min manat təşkil edib (8,6% artıb). Faiz xərclərinin azalması ilə əlaqədar olaraq Bankın xalis faiz gəlirləri isə 5 milyon 200 min manatdan 7 milyon 85 min manata qalxıb (36,2% artım)

Ən sərfəli kredit üçün müraciət et

"RabitəBank"ın qeyri - faiz gəlirləri isə cüzi azalaraq 2 milyon 210 min manatdan 2 milyon 82 min manata düşüb. Qeyri-faiz xərclərinin azalması hesabına xalis qeyri - faiz gəlirləri isə 377 min manatdan 876 min manata yüksəlib. 

 

İNZİBATİ XƏRCLƏRİ ARTIB

Faiz gəlirlərinin artması, faiz və qeyri-  faiz xərclərinin azalması hesabına yaranmış 2 milyon 384 min manat əlavə xalis gəlirin bir hissəsini inzibati xərclərin artması "yeyib". 2018-ci ilin ilk rübündə 3 milyon 342 min manat təşkil etmiş inzibati xərclər 2019-cu ilin 1-ci rübündə 5 milyon 86 min manata yüksəlib (1 milyon 774 min manat və ya 52% artıb). 

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

31 Mart 2019-cu il tarixində "RabitəBank" 664 milyon 978 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 246 milyon 123 min manatını kredit portfeli (müştərilərə verilən kreditlər) təşkil edib.

31 Dekabr 2018-ci il tarixində "RabitəBank"ın aktivləri 727 milyon 241 min manat, o cümlədən kredit portfeli 234 milyon 645 min manat təşkil etmişdi.

Marja