Menecerin malik olmalı olduğu 5 əsas xüsusiyyət | Banco.az

Menecerin malik olmalı olduğu 5 əsas xüsusiyyət

Hər bir sahənin özünəməxsus müsbət və mənfi tərəfləri var. Menecmentlik də belə sahələrdən biridir. Vəzifə etibarilə yüksək sayıldığı kimi üzərində daşıdığı öhdəliklər də az deyil. Bu yazıda menecerin sahib olmalı olduğu 5 əsas faktor öz əksini tapıb.

İlk növbədə menecer vəzifəsini icra edən şəxs bütün suallara hazır olmalıdır

Məlum olduğu kimi bütün işçi heyəti demək olar ki, müxtəlif növ problemlərlə qarşılaşır və belə olan halda kömək üçün ilk növbədə menecerə müraciət olunur. Belə olan halda menecer idarəsi altında olan bütün sektorlardan xəbərdar olmalıdır ki, optimal həll yolu təklif edə bilsin.

İşçilərə rəhbər deyil, lider lazımdır

Bir çox hallarda bir çoxları yüksək vəzifədə olan şəxslərdən çəkinir və fikirlərini aydın ifadə etməkdə sıxıntı yaşayırlar. Belə olan halda ən yaxşı vasitəçilər menecerlər sayılır. Menecerlər şirkətdə rəhbər deyil, lider olmağı bacarmalı, işə aid hər bir xırdalığı nəzərdən keçirməli və işçi heyətinin özünə inamını təmin etməlidirlər. Belə olduqda işçi daha produktiv olur və iş daha asanlıqla həyata keçirilir.

Menecer olmağı qarşısına məqsəd qoyan şəxs ictimai fəal olmalıdır

Ən sərfəli kredit üçün müraciət et

Belə olan halda yeni əməkdaşlıqların daha uğurlu olması ehtimalı artır və şirkətin nüfuz dairəsi genişlənir. Bu iş bir qədər zəhmət və vaxt tələb etsə də nəticə etibarilə həm iş, həm şəxsi inkişaf baxımından çox böyük irəliləyişlər vəd edir.

Problemlərə şəxsi probleminiz kimi yanaşmalısınız

Əgər problemləri həll etmək sizlik deyilsə, onda bu işə başlamamaq daha yaxşıdır. Problemlər zamanla insana yeni prespektivlərin qapısını açır, çünki insan problemləri həll etdikdə alternativ həll yolları tapır. Bu isə ona karyerasının inkişafının sonrakı mərhələsində yardımçı olur.

Hər bir sahədə olduğu kimi özünü inkişafa xüsusi diqqət yetirin

Özünü inkişaf sizə proseslərə fərqli bucaqdan baxmağa yardımçı olacaq. Bu bir növ özünüzə və gələcəyinizə yatırım kimi dəyərləndirilə bilər. Özünü inkişaf etdirməyin formulu isə çox sadədir: oxumaq, səyahət etmək və fərqli insanların əhatəsində olmaq

 

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et