Meksikalı milyarder yenidən dünyanın ən zəngin insanıdır | Banco.az

Meksikalı milyarder yenidən dünyanın ən zəngin insanıdır

Karlos Slimin sərvəti bu reytinqdə növbəti pillədə yer alan Billi Qeytsi 500 milyon dollar üstələyir

Meksikalı milyarder Karlos Slim, yenidən Yer kürəsinin ən zəngin insanı hesab olunur. Bu haqda Forbes jurnalı məlumat verir.

Jurnalda qeyd olunur ki, onun sərvətinin miqdarı 79, 6 milyard dollar həcmində qiymətləndirilir, bu reytinqdəki növbəti pillənin sahibi olan Bill Qeytsdən (79, 1milyard dollar) 500 milyon dollar daha çoxdur.

Belə sıçrayışın əsas səbəbi, onun başlıca aktivi hesab olunan, America Movil kompaniyasının səhmlərinin qiymətlərinin yüksəlməsidir. Bu kompaniya Meksika telekommunikasiya mühitində olduqca vacib yer tutur. Səhmlərinin qiymətinin yüksəlişi aktivlərin bir hissəsinin Telmax sabit əlaqə operatoru ilə Telcel mobil operatorları arasında bölünəcəyi ilə bağlı xəbərin yayılmasından sonra müşahidə olunur. Meksikanın telekommunikasiyalar üzrə yeni qanunvericiliyinin tələbləri belədir. Qanun bir şirkətə bazarın 50%-dən artığına nəzarət etməyi qadağan edir.

Ən sərfəli kredit üçün müraciət et

Simin biznesi telekommunikasiya ilə bağlıdır, o rabitə biznesinə nəinki Meksikada, həmçinin bir çox Latın Amerikası ölkələrində nəzarət edir. Forbes jurnalının rəyinə əsasən 2013-cü ildən o, daha dünyanın ən zəngin insanı hesab edilmirdi. Onu bu postda Bill Qeyts əvəz etmişdi. İndi Karlos yenidən birinciliyi özünə qaytardı.  

Könül Soltanova / Banco.az