Meksika pesosunun məzənnəsi 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb | Banco.az

Meksika pesosunun məzənnəsi 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Meksika pesosu inkişaf etməkdə olan ölkə valyutalarının ulduzuna çevrilib.

Banco.az xəbər verir ki, ötən bir neçə il ərzində Meksika iqtisadiyyatının pisləşən vəziyyətinə baxmayaraq, ölkənin real məzənnəsi 2014-cü ildən bəri ən yüksək səviyyə çatmağa nail olub.

Ekspertlər deyirlər ki, investorları düşündürən əsas sual valyutanın öz üstünlüyünü qoruyub saxlamağa müvəffəq olub-olmayacağıdır.

Qeyd edək ki, ölkə valyutasının məzənnəsinin güclənməsinə əsas iki amil təsir göstərməkdədir:

  1. Aralıq mənfəət əməliyyatları
  2. Andres Manuel Lopez Obrador hökumətinin Meksikaya  abit və hətta kifayət qədər problemsiz bir dövr bəxş etməsi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram