Məhşur geyim brendi məhsullarını niyə yandırdı? | Banco.az

Məhşur geyim brendi məhsullarını niyə yandırdı?

İngiltərənin Burberry markası qalmaqala səbəb olan hərəkəti ilə gündəmə gəlib. Məlumat üçün bildirək ki, şirkət parfüm və geyim istehsalı və satışı ilə tanınan dünya brendidir. Şirkət 1856-cı ildən fəaliyyət göstərir. Şirkətin son etdiyi hərəkət bir çoxlarının qəzəbinə səbəb olub. Beləki, Burberry 2017-ci ildə istehsal etdiyi satılmayan məhsullarını yandırıb. Yandırılan məhsulların dəyəri 28.6 milyon funt sterlinq təşkil edir. Bu hərəkətinə səbəb kimi şirkət çox maraqlı açıqlama edib. Məlumatda bu məhsulların ucuz satışının markanın etibarını zədələdiyi açıqlanıb. Məhz bu səbəbdən də şirkət onun ucuz satışı yerinə yandırmağı üstün tutub. Bəzi markalar zamanla bu yola əl atsa da moda tənqidçiləri bu hərəkətin resurslara qarşı hörmətsizlik və israfçılıq olduğunu qeyd edir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkətin belə davranışı onun partnyorluq etdiyi modelyerlər ilə arasında problemlər yaranmasına səbəb olub. Bu şəxslərdən biri məhşur dizayner Kristofor Beylidir. Bu haqda məlumatı tanınmış müğənni öz Instagram səhifəsində izləyiciləri ilə paylaşıb.

Nəcibə Yusifova, Banco.az