Məhsulu bazara daxil edəcək 6 addım | Banco.az

Məhsulu bazara daxil edəcək 6 addım

“Mənim bir ideyam var, ancaq onu bazara necə daxil edəcəyimi bilmirəm.”

Sosial sahibkar, məsləhətçi, ən çox satan biznes kitabının müəllifi, ixtiraçı və spiker Tamara Monosof məhsulu bazara çıxarmağın yollarından danışır:

“Demək olar ki, hər gün kimsə mənə ixtirasını bazara necə daxil edə biləcəyini soruşur. İxtiralar onları ortaya çıxaran insanlar qədər müxtəlifdir. Onlar uşaq qidalandırma cihazlarından kompüter proqramları, dondurulmuş ərzaqlar, eletron bağça alətləri, mobil telefon aksessuarlarına qədər dəyişir. 

İlk öncə onu deyim ki, əgər siz bu sualı verirsinizsə, onda tam olmalı olduğunuz yerdəsiniz. Əgər sizin, həqiqətən, əvvəlcədən yaradılmamış ixtiranız varsa, onu bazara daxil etmək üçün konkret və düzgün yol yoxdur. Məhsulunuzu bazara çıxarmağın yolunu tapmaq adətən ixtiranızın cəhətləri və faydalarından daha çox sizin uğurunuzdan asılıdır. Əslində əsl pul xərcləyən alıcılar ixtiraları almırlar; onlar məhsulları alırlar. Beləliklə, tipik ixtiraçılıq leksikonunuzu dəyişib yeni məhsulu necə satacağınızı düşünün. 

İlk addım digərlərinin məhsullarını bazara necə çıxardığını araşdırmaq, ticarət nişanı, mülkiyyət hüququ və müxtəlif patentlər kimi intellektual mülkiyyət hüquqları, satış sənədləri daxil olmaqla mövcud vasitələri anlamaq və məhsulunuz üçün potensial bazarı tapmaq olmalıdır. Araşdırmanızda sizə köməkçi olacaq bir neçə yaxşı kitab, kurs, qəzet sütunları və onlayn cəmiyyətlər var, lakin ixtiraçı kimi məhsulunuz üçün hansı bazarın ən yaxşı olduğuna ən yaxşı siz qərar verə bilərsiniz. 

Əgər siz məlumat toplamaq, imkanlarınızı öyrənmək və hətta əsas biznes planı qurmağa enerji və vaxtınızı sərf etmək istəmirsinizsə, hətta sizin layihəyə sərmayə qoymağa çoxlu pulunuz olsa belə, bu, sizin axtardığınız şey olmaya bilər. 

Mənə ən çox verilən ikinci sual patenti necə əldə etməyimdir. Tez-tez ixtiraçıların ilk addımın patent üçün sistemləşdirmə olduğunu güman etdiklərinə rast gəlirəm. Mən bunun kifayət etdiyini vurğulaya bilmərəm: Patent ixtira deyil və patent əldə etmək sizin məhsulunuz bazara daxil olacaq demək deyil. Əgər buna inanmaq çətindirsə, sayılıb-seçilən hər hansı bir patent müvəkkilindən kiçik ixtiraçı müştərilərindən neçəsinin patentin qiymətindən daha çox pul qazandığını soruşun.

Ən sərfəli kredit üçün müraciət et

Məhsulunuzu bazara daxil edəcək 6 addım:

1.İxtiraçılıq barəsində tanınmış bir və ya iki ədəd kitab alın. Yalnız patentlər deyil, pul qazanmaq üzərində cəmlənənləri tapın və onları oxuyun. Mən tez-tez insanlardan eşidirəm, “Mən sizin kitabınızı aldım, ancaq hələ də nə edəcəyimi bilmirəm.” Bir-iki sual verdikdən sonra anlayıram ki, onlar əslində heç kitabı oxumayıblar. Bu addımdan sonra tədqiqatdan öyrəndiklərinizi birləşdirmək üçün növbəti beş addıma uyğunlaşa bilərsiniz. 

2.Bazar tədqiqatı aparın. Bazarda onlayn və ya anbarlarda olan, sizin məhsul ideyanıza oxşar məhsulları müəyyənləşdirin, onların hansı şirkət tərəfindən hazırlandığını və harada satıldığını qeyd edin. 

3.Sizin konsepsiyaya uyğun hər hansı patenti müəyyənləşdirmək və onun haqqında oxumaq üçün Birləşmiş Ştatlar Patent və Ticarət Nişanı Şöbəsinin (USPTO) vebsaytında vaxt keçirin.( www.uspto.gov)

4.Mövcud resurslarla mümkün qədər yaxşı prototip yaradın. Bu rəsm çəkmək və ya peşəkarcasına hazırlanmış məhsul qədər vacib ola bilər. 

5.Məlumat və resursları bölüşmək və kömək təklif etmək üçün yerli ərazidəki və ya onlayn şəkildə digər sahibkarlarla əlaqə yaradın.

6. Əsaslardan başlayan sadə bir biznes planı qurun.

Əsas mümkünlük tədqiqatı ilə başlayaraq məhsulunuzu bazara çıxarmaq üçün unikal yola və bacarığa sahib olduğunu iddia edənlərə çox şübhə ilə yanaşın. Məhsulunuzu bazara ən yaxşı özünüz çıxara bilərsiniz. Ona görə də işə başlayın!