Məhsuldar komanda necə formalaşır? | Banco.az

Məhsuldar komanda necə formalaşır?

İstənilən bir işdə uğurlu olmağın əsas faktorlarından biri uyğun komandanın qurulmasıdır. Bu yazıda məhsuldar və sadiq komandanın qurulmasına nəzər yetərəcəyik.

Adam Grant-ın Give and Take kitabına əsasən gündəlik qurulan qarşılıqlı əlaqələrdə 3 tip qarşılıq vermə tərzi ilə üzləşirik. Bunlar vermə, alma və uyğunlaşdırmadır.

– Givers ( vermə, vericilər və ya qatqı verənlər mənasında )

Bu tip xaric fokuslu və ya başqalarına töhfə verənlər olaraq adlanıdırılır (other-focused). Onlar bəzən heçnə əldə etməsələr belə vaxtlarını digərlərinə kömək etmək və ya bir şey vermək üçün xərcləyirlər.

– Takers ( alma, alıcılar və ya qatqı əldə edənlər )

Bu tip özünə yönəlik və ya başqalarından nəsə əldə edənlər, alanlar olaraq adlandırılır(self-focused). Bu tipə xas olan xüsusiyyətlər əsasən özünü ucaltmaq və ya “promotion” əldə etmək, rəqabətcil olmaq kimidir.

– Matchers ( uyğunlaşdıranlar, qarşılaşdırmaq və ya əvəz-əvəz düşüncəsinə sahib olmaq )

Bu tipin əsas özəlliyi yuxarıda sadalanan qruplardan yalnız birinə aid olmaq deyil. Bu tip əsasən əvəz-əvəz olmaq düşüncəsi ilə münasibətlərə yanaşır.

Bu deyilənlərə əsasən komanda qurmağın ilk yolu Givers-ləri seçməkdir. Araşdırmalar göstərir ki, givers tipində olan insanların olduğu şirkətlərdə bütün metriklər digərlərinə nəzərən yüksəkdir. Mənfəətdən tutun, işçi dövrünə qədər demək olar bütün metriklərdə bu tip mədəniyyəti qəbul edən şirkətlər uğurlu olur. Bunun üçün ilk öncə, kömək istəmək və eləcə də etmək mədəniyyətini şirkət daxilində yaymaq lazımdır. Belə olduqda şirkət daxilində də givers-lər formalaşacaq və təbii ki takers-ləri uzaqlaşdırmaq da əlavə və dəstəkçi bir həll yolu ola bilər.

Digər bir yol takers-ləri filtirdən keçirməkdir, yəni tapmaqdır. Burada işə götürmə prosesini də elə qura bilərsiniz ki bu tip şəxslər ofisinizə daxil olmadan ortaya çıxara bilərsiz. Bunun üçün EQ testləri, xarakter analizləri və ya sadəcə qısa və əlaqəli suallar ortaya qoyaraq gələn cavablara əsasən bir nəticə əldə bilərsiniz.

Əvvəlcədən sıraladığımız 3 tip qarşılıq vermə tərzləri sabit deyil, həmişə eyni olacaq demək deyil. İnsan təbiəti günlük əhval-ruhiyyəsindən təsirlənə bilir, müəyyən bir gün, fərqli bir situasiyada olan bir şəxs, öz xarakterinin xaricində bir reaksiya verməsi yəni fərqli tip örnəyini nümayiş etdirməsi ehtimal daxilindədir. Burada əsas məsələ şirkətdəki iş görmə mexanizmlərini elə qurmaq lazımdır ki, performans dəyərləndirmə sistemləri, öz məlumatını və ya informasiyasını digərilə paylaşma və bu kimi addımlar şirkət daxilində nəzərə alınsın və givers-lər haqları olan yanaşmanı şirkət tərəfindən görsün.

Ən sərfəli kredit üçün müraciət et

Pessimizm-in müsbət tərəflərini qucaqlayın

Yəni onları şəxsi güclü tərəflər üzərinə inşa edin. İnsanlarda belə bir düşüncə var ki, pozitiv yanaşma və ya bu cür yanaşan insanların olduğu bir şirkət daim uğurlu olur. Ancaq araşdırmalar göstərir ki, pessimizm-in və ya optimizm-in hakim olduğu komandaların göstəricilərində fərq olmaya bilir. Məsələn optimizm-in hakim olduğu komanda da qarşılıqlı əlaqələr keyfiyyətli olur, əhval-ruhiyyə və motivasiya daim yerində olur və səmərəli nəticələr əldə etmək olur. Ancaq şirkətdə pessimizm düşüncəsində biri də şirkətə müsbət faydası ola bilər. Çünki pessimizm düşüncəsində biri bir situasiyada həmişə ən pis ssenarini fikirləşir. Bu da ən pis halda necə hərəkət etməli olduğumuzu ortaya qoyur. Əksinə tərəddütdə olmaq, şübhəli yanaşmaq burda daha yaxşı modelin ortaya çıxması üçün bir motivasiya mənbəyi ola bilir. Ona görə komanda qurulduğu zaman sırf pozitivdi deyə tək növlü komanda qurmaq düzgün deyil. Xüsusən fikir alış-verişlərində fərqli düşüncə tərzlərinə sahib insalara yer vermək lazımdır ki, ən effektiv həll yolu axtarışında bol seçimlər arasında düzgün olanını tapa bilək. Şirkətin, liderin və ya sahibkarın tək tip düşüncə yoluna girməsi doğru deyil. Fərqli yollar arasından doğru olanını seçməyi bacarmaqdır. Buna görə fərqli yollar təqdim edəcək, fərqli tipdə və ya düşüncədə olan insalara ehtiyac var.

markzone.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et