Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin Dairə Hakimi işdən qovulan 6 min “Twitter” işçisinin Maska qarşı qaldırdığı iddianı rədd edib.
Banco.az xəbər verir ki, bu barədə məhkəmənin qərarında deyilir.
Qeyd olunur ki, söhbət Maskın şirkəti aldıqdan sonra 6 mindən çox əməkdaşının işdən çıxarılması ilə bağlı iddiadan gedir. İddia 2023-cü ilin iyulunda Kaliforniya Dairə Məhkəməsində qaldırılıb.
Şikayətdə bidirilir ki, Federal İşçilərin Təqaüd Gəlirlərinin Təhlükəsizliyi Qanununa (ERISA) əsasən, “Twitter”in işdən çıxarma proqramı işdən çıxarılan işçilərə üç aylıq əmək haqqını ödəməlidir. Lakin onlar gözlədiklərindən az alıblar və 500 milyon dollar ödənilməmiş təzminat tələb edirlər.
Hakim Trina Tompson qanunun işə şamil olunmadığına qərar verib.
İşdən çıxarılanların gələcəkdə daha böyük ödənişlər əldə etmək şansının hələ də olduğu bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!