Məhkəmə "Booking.com"un ədalətsiz rəqabət yaratması bərədə qərar verib | Banco.az

Məhkəmə "Booking.com"un ədalətsiz rəqabət yaratması bərədə qərar verib

Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) "Booking.com" şirkətinə qarşı irəli sürdüyü iddia ilə bağlı məhkəmə öz qərarını açıqlayıb. Məhkəmə qərarında internet vasitəsilə mehmanxana xidmətləri həyata keçirən, baş ofisi Hollandiyada yerləşən şirkətin ədalətsiz rəqabət yaratdığını təsdiqləyib.

"Booking.com"un "səyahət agentliyi" vəzifəsini yerinə yetirdiyini təsbit edən məhkəmə qərarında şirkətin vergidən yayınaraq iş yeri açmaq üçün tələb olunan icazələri almadığı, "rəqəmsal və sabit iş yeri" açmaq yolu ilə fəaliyyət göstərdiyi, hüquqi və inzibati yoxlamalardan yayındığı və bizneslə bağlı şərtləri yerinə yetirmədiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et