"Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin rəsmi açılışı oldu | Banco.az

"Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin rəsmi açılışı oldu

"Əlil bankdan kredit götürüb, onu qaytarmayan, bankı giric edən insandır" – “Məhduiyyətlərə meydan oxuyaq” şüarı ilə təşkil olunmuş, Bank of Bakunun KSM layihəsi çərçivəsində, qonaq qismində dəvət olunmuş ikinci qrup Qarabağ əlilliyi olan, Royal Express xidmətinin rəhbəri Cavanşir Hətəmov bildirdi. O fiziki məhdudiyyətləri əlillik hesab etmir. Həmçinin düşünür ki, fiziki məhdudiyyətləri olan şəxslərə kreditlər ayırmaqla, ölkədəki kiçik biznenin inkişafına töhfə vermək olar.

Oktyabr ayının 1-dən Bank of Baku, korporativ sosial məsuliyyət tədbirləri çərçivəsində “Məhduyyətlərə meydan oxuyaq” layihəsinə başlayıb. Layihə məhz fiziki cəhətdən məhdud insanlar üçün nəzərdə tutulub. Onlar bankın saytında açılmış xüsusi bölmədə qeydiyyatdan keçərək,  1 ay müddətində davam edəcək təlimlərdə iştirak etmək şansı qazanıblar.

Təlimlərdə fərqlənən, fəallığı və təşəbbüskarlığı, həmçinin məsuliyyəti ilə seçilən iştirakçıları Bank of Baku, öz patnyorları ilə birlikdə işlə təmin olunmaqda kömək edəcək. Bunun üçün iştirakçılar haqqında ətraflı məlumatlar toplanaraq, aidiyyatı şəxslərə təqdim ediləcək.

İşə qəbul prosesinə hazır olması üçün fiziki məhdiyyətli şəxslər həm də CV yazılması, intervüyə hazırlıq kimi də təlimlərdə iştirak edəcəklər.

Artıq təlim üçün 37 nəfər qeydiyyatdan keçmişdir, bugün onlara qruplara bölünəcək və növbəti dörd həftə ərzində təlimlər keçiriləcək. Təlimlərin keçirilməsi üçün Hilton oteli öz zallarını iştirakçıların ixtiyarına vermişdir. Bu gün məhz adı çəkilən oteldə təlimlərin başlanması ilə bağlı mərasim baş tutdu və Bank of Baku-nun İctimai Əlaqələr və Reklam departamentinin rəhbəri Nigar Tahirova gələn qonaqları salamlayaraq, tədbirin mahiyyəti və təfarrüatları ilə bağlı məlumat verdi.

Ən sərfəli kredit üçün müraciət et

Tədbirə qatılan iştiarkçıları ürəkləndirmək üçün Elçin Bəbirov, Notecomp şirkətinin direktoru, 2-ci qrup Qarabağ əlili, Cavanşir Hətəmov, Royal Express şirkətinin direktoru, 2-ci qrup Qarabağ əlili və İlham Məhərəmov, Arabaçı TV-nın yaradıcı  və həmçinin 2-ci qrup Qarabağ əlili çıxış etdi. Onlar hər biri öz uğur hekayələrini iştirakçılarla paylaşaraq, fiziki məhdudiyyətlərin heç bir əngəl olmadığını, əsas insanın əqli və mənəvi keyfiyyətlərinin yüksək olmasının, iradəli olmağın zəruriliyini vurğuladılar.

Ümumilikfə 37 nəfər fiziki əlilliyi olan şəxsi əhatə edən bu layihə çərçivəsində iştirakçılar hər biri ayrılıqda bir həftə davam edəcək 4 mövzu ətrafında yerli ekspertlər tərəfindən keçiriləcək təlimlərdən faydalana biləcəklər.

  1. Bloqçuluq (26-31 Oktyabr)
  2. Soslal şəbəkələrin idarəedilməsi (2-17 Noyabr)
  3. Şəbəkə administratorluğu (9-14 noyabr)
  4. Məlumat Mərkəzi işi (16-21 noyabr)

Təlimlərin keçirilməsində həm Bank of Bakunun öz əməkdaşları, həm də həmin sahə üzrə ekspertlər dəvət olunub. 

Layihənin icrasında “Bank of Baku” ilə birlikdə məhdudiyyətlərə meydan oxuyan tərəfdaş qurumlar arasında “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi, Hilton Baku oteli, shamans Creative bureau, Prosper Digital Agency, Sultans Restaurant, BrandUp Digital Agency, Jamil Mirzoyev, Alex Levi Photo və “Taksi sifarişi xidməti-189”şirkətini qeyd etmək lazımdır.

Layihənin gedişatı ilə bağlı bütün xəbərləri bankın rəsmi sosial şəbəkələrindən və internet ünvanından http://www.bankofbaku.com/ əldə etmək olar.