Mədənçilər GPU alışını dayandırsa, nə baş verəcək? | Banco.az

Mədənçilər GPU alışını dayandırsa, nə baş verəcək?

Şirkətdən verilən açıqlamaya görə, kriptovalyuta mədənçiləri tərəfindən qrafik kartlara (GPU) tələbatın azalması AMD-yə ciddi təsir göstərə bilər.

AMD 2017-ci ildə kriptovalyutaların qiymətinin yüksəlişinin və yeni kriptovalyutaların bazara çıxarılmasının GPU-lara olan tələbin artmasına gətirib çıxardığını qeyd etdi. Şirkət müəyyən bir rəqəm təklif etməməklə yanaşı, 2017-ci ilin sonlarına yaxın mədənçilər sayəsində GPU bazarının bir addım irəli keçməsini verdiyi proqnozlar ilə müəyyənləşdirmişdi. Ancaq tələbin artması sona qədər davam etməyə bilər.

Şirkət 10-K texnologiyasındakı müxtəlif amillərin GPU bazarındakı mühiti müsbət yöndə dəyişə biləcəyini vurğulayıb. Eyni zamanda, bazar iqtisadiyyatı və tənzimləyici riskləri qeyd edərək mədənçilər tərəfindən GPU-lara olan tələbatın azalmasına səbəb ola biləcəyini diqqətə çatdırıb.

“Kriptovalyuta bazarı son dərəcə qeyri-sabitdir və tələblər tez dəyişə bilər. Məsələn, Çin və Cənubi Koreya bir müddət əvvəl kriptovalyuta ticarəti mövzusunda müxtəlif məhdudiyyətlər tətbiq ediblər. Kriptovalyuta mədənçiliyinə olan tələbin azalması ilə əlaqədar riskləri idarə edə bilməyəcəyimiz halda, GPU istehsalı mənfi təsirə məruz qala bilər”.

Bazardakı qeyri-sabitlik və dəyişkənlik səbəbindən tələbatın tez dəyişəcəyi narahatlığı, rəqib GPU istehsalçısı olan “NVIDIA” da daxil olmaqla, başqaları tərəfindən təsdiqlənir.

“NVIDIA”-nın baş maliyyə direktoru Kolette Kress mədənçilərdən gələn GPU gəlirinin hansı miqdarda olduğunu müəyyənləşdirməyin çətin olduğunu və kriptovalyutaya olan meylin dəyişdiyini bildirib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Ən sərfəli kredit üçün müraciət et

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et