Məcmu kapital – Prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi 1-ci dərəcəli və 2-ci dərəcəli kapitala daxil olan komponentlərin cəmi və onlardan tutulmaların fərqidir.
Xatırlatmaq istəyirik ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinə tələb 50 mln. manatadək artırılmışdı.
Banco.az kollektivi sizlərə məcmu kapital üzrə bankların 31.03.2018 - ci il tarixinə renkinqini təqdim edir.
İlk beşliyi isə Beynəlxalq Bank, Xalq Bank, Paşa Bank, Kapital Bank və Ata Bank təşkil edir.
| Banklar | Məcmu kapital (min manatla) | |
| Azərbaycan Beynəlxalq Bankı | 672 027 | |
| Xalq Bank | 262 888 | |
| Paşa Bank | 256 021 | |
| Kapital Bank | 225 250 | |
| AtaBank | 141 737 | |
| Express Bank | 140 920 | |
| Bank Silkway | 124 813 | |
| Nikoil Bank | 120 523 | |
| Rabitəbank | 104 774 | |
| ASB Bank | 79 725 | |
| Bank Melli İran | 70 960 | |
| AFB Bank | 70 687 | |
| Unibank | 70 390 | |
| Muğan Bank | 68 684 | |
| TuranBank | 68 606 | |
| Ziraat Bank | 64 699 | |
| YapıKrediBank | 64 486 | |
| Bank Avrasiya | 61 741 | |
| Günay Bank | 61 442 | |
| NBC Bank | 56 650 | |
| Bank VTB | 56 586 | |
| Bank BTB | 54 057 | |
| AzərTürkBank | 53 685 | |
| Bank Respublika | 42 247 | |
| AG Bank | 40 425 | |
| AmrahBank | 36 456 | |
| AccessBank | 32 072 | |
| Bank of Baku | 22 048 | |
| Pakistan milli bankı | 10 171 | 
Xəzər Aslanov. Banco.az

 
                        
                        
                        
                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                     
                                    