Məcburi köçkünlərin aylıq müavinəti artırıldı | Banco.az

Məcburi köçkünlərin aylıq müavinəti artırıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında" Sərəncam imzalayıb.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği 40 manatdır. Aprelin 1-dən müavinət 60 manat olacaqdır.

2017-ci ildə məcburi köçkünlərə verilən yemək xərci, kommunal və digər xidmətlər üzrə ödənişlər ləğv olunmuş, əvəzində vahid aylıq müavinət müəyyən edilmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et