Banco.az Biznesinfo.az saytına istinad edərək xəbər verir ki, “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev müştərilərin istək və sorğuları əsasında bütün məhsulların şərtlərinin optimallaşdırıldığını vurğulayıb.
O həmçinin qeyd edib ki :
"Təhlillərimiz nəticəsində bəlli oldu ki, son 2 ay ərzində müştərilərimiz öz əmanətlərini milli valyuta ilə uzun müddətə yerləşdirməkdə bir qədər tərəddüd edirlər. Bunu nəzərə alaraq biz qısamüddətli manat əmanətlərinin gəlirliliyini yüksəldərək müştərilərə illik 12%-ə qədər qazanc əldə etmələrinə şərait yaratdıq. Həmçinin, daha bir unikal addımımız da müştərilərimiz tərəfindən böyük rəğbətlə qarşılandı. Azərbaycanın bank bazarında ilk dəfə olaraq məhz Kapital Bank, müştərilərin əmanətlərini məbləğindən asılı olmayaraq sığortalamağı öz öhdəsinə götürdü. Nəticədə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qoyulmuş tələblərə cavab verməyən əmanətlər belə Bank tərəfindən özəl sığorta şirkətləri vasitəsilə sığortalanacaqdır. Biz hazırda bu layihə çərçivəsində PAŞA Sığorta şirkəti ilə əməkdaşlıq memarandumu imzalamışıq".