MDM SWIFT şəbəkəsinə qoşulacaq | Banco.az

MDM SWIFT şəbəkəsinə qoşulacaq

Milli Depozit Mərkəzi (MDM) real vaxt rejimində beynəlxalq ödənişləri həyata keçirən SWIFT (Ümumdünya Banklararası Telekommunikasiya Birliyi) şəbəkəsinə qoşulmaq üzrə birinci mərhələni bitirib. Lahiyənin texniki hissəsi tamamlanıb. Hazırda təlimatların və prosedurların hazırlanması və MDM-nin uçot sisteminə inteqrasiyası üzrə aktiv işlər görülür.

MDM-dən bildiriblər ki, Milli Depozit Mərkəzi SWIFT şəbəkəsinə qoşulduqda hesablaşmalar üzrə xidmət səviyyəsini artıraraq ödənişlərinin daha etibarlı, təhlükəsiz və sürətli həyata keçirilməsi imkanı əldə edəcək. SWIFT şəbəkəsinə qoşulma MDM üçün digər xarici depozitarlar, əməliyyat əlaqələrinin qurulması üçün müsbət perspektivlər yaradır.

Qeyd edək ki, SWIFT - ödənişlərin həyata keçirlməsini və məlumat mübadiləsini təmin edən beynəlxalq bankarası sistem olaraq maliyyə rabitə sistemində aparıcı şirkətlərdən biridir. SWIFT vasitəsilə aparılan pul köcürmələrinin, banklararası ödəmələrin və qiymətli kağızlar üzrə əməliyyatın sayı gündəlik olaraq milyondan artıq rəqəmi təşkil edir. Hazırda dünyanın müxtəlif ölkələrində 10 mindən artıq təşkilat SWIFT-in üzvüdür.

azertag.com

Ən sərfəli kredit üçün müraciət et