MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası keçirilir | Banco.az

MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası keçirilir

Bu gün Bakıda MDB-yə üzv ölkələrin ali audit qurumlarının Rəhbərlər Şurasının XVII sessiyası işə başlayıb. 

Tədbirdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edib.

O bidirib ki, sessiyada müzakirə olunan əsas məsələ ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdirilməsi ilə bağlıdır: "Kənar dövlət maliyyə nəzarəti funksiyası həyata keçirən ali audit qurumlarının maliyyə inzibatçılığında vacib rolu müxtəlif beynəlxalq sənədlərdə öz əksini tapıb. MDB məkanına daxil olan və bizə tərəfdaş olan dövlətlərin ali audit qurumlarının Rəhbər Şurasının növbəti sesssiyası ilk dəfə Bakıda keçirilir. Bu sessiya dövlət auditini həyata keçirən orqanların fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin inkişaf istiqamətlərinə həsr edilib. Sessiyada əsas məsələ ali audit orqanlarının fəaliyyətinin iqtisadi, sosial, inzibati effektlərinin qiymətləndirilməsi, bu göstəricilər sisteminin müəyyənləşdirilməsi ilə bağlıdır. Sesssiyada bu göstəricilər sisteminin MDB-də vahid bir formaya salınması ilə bağlı qarşılıqlı müzakirələr aparılacaq"
Mənbə: Oxu.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et