"MDB və Gürcüstan bankları: 2015-ci ilin proqnozları” | Banco.az

"MDB və Gürcüstan bankları: 2015-ci ilin proqnozları”

2015-ci ilə Azərbaycanın banklar üzrə proqnozu sabit qalacaq, lakin neft qiymətlərinin daha aşağı düşməsi nəticəsində bu barədə danışmaq bir qədər çətin olacaq. “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin “MDB və Gürcüstan bankları:2015-ci ilin proqnozları” hesabatında belə qeyd edilir.

“Azərbaycan, Belarus və Özbəkistanın bankları üzrə proqnoz artıq aşağı reytinq nəzərə almaqla sabitdir.Eyni zamanda neftin qiyməti daha da ucuzlaşarsa Azərbaycanda və Belarusla Özbəkistanda iqtisadiyyat zəifləyərsə bu barədə danışmaq çətin olacaq”,- deyə hesabatda bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

“Fitch Ratings” qeyd edir ki, 2015-ci ildə bank sistemləri üzrə proqnozlar geosiyasi amillər və neft qiymətləri ilə müəyyən olunacaq. Sanksiyalar və daha ucuz neft qiymətləri Rusiya iqtisadiyyatına və Rusiya banklarına mənfi təsir göstərəcək, eyni zamanda Ukrayna kredit təşkilatları ölkədəki böhran şəraitində əhəmiyyətli sıxıntı keiricək.

“MDB-nin digər ölkələrinin bankları sabit göstəricilərə malik olmalıdırlar,lakin onlar da Rusiyada neft gəlirləri az olarsa və tələbat azalarsa çətinliklə üzləşə bilərlər”,- deyə hesbatda bildirilir.

Ən sərfəli krediti almaq üçün müraciət et