Müəllif: Tamara Mustafayeva, Banco.az
“McDonald's” ən azı 13 ay açıq olan restoranlarda qlobal satışların bu ilin ikinci rübündə 3,8 faiz artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, “McDonald’s Corp” bu ilin ikinci rübünə dair şirkət hesabatını yayımlayıb.
Şirkətin verdiyi açıqlamaya əsasən, ən azı 13 aydır fəaliyyət göstərən restoranlardakı qlobal satışlar ikinci rübdə 3,8 faiz artıb. Bu göstərici, Bloomberg-in sorğusunda iştirak edən analistlərin orta proqnozunu üstələyib. Artıma ən böyük töhfəni beynəlxalq bazarlar verib, ABŞ-dakı satışlar isə gözləntiləri aşaraq yüngül bir artım göstərib.
Keçmiş dövrlərə baxıldıqda, 2023-cü ilin sonundan bəri ən yüksək artım məhz bu rübdə qeydə alınıb. Həmçinin, şirkətin ABŞ-dakı satışları ardıcıl iki rüb azaldıqdan sonra bu rübdə bərpa olunaraq 2,5 faiz artıb.
“McDonald’s” səhmləri Nyu-Yorkda ticarət öncəsi əməliyyatlarda 3,7 faizədək yüksəlib. Səhmlər çərşənbə axşamı gününün bağlanışına əsasən ilin əvvəlindən bu yana 3,1 faiz artıb. Bu isə eyni dövrdə S&P 500 indeksində qeydə alınan 7,1 faizlik artımdan geri qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!