"McDonald's" maraqlı yeni reklam filmi yayımlayıb | Banco.az

"McDonald's" maraqlı yeni reklam filmi yayımlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"McDonald's" yeni reklam kampaniyası çərçivəsində dostluq anlayışını sınaqdan keçirir.

Banco.az xəbər verir ki, "McDonald's" yeni reklam çarxında dostlarınızın sizin sifarişinizi yarada bilib-bilməyəcəyini soruşur.

Gündəlik anları mənalı etməyi hədəfləyən "McDonald's" "Ən yaxşı dostlar" adlı reklam çarxını yayımlayıb.

Rejissor Mikki Sülzerin imzasını daşıyan reklam filmi "McDonald's" sifarişinin səyahətindən bəhs edir. Reklam filmi dostluqları sınamaq üçün oyuna çağırır.

Ən sərfəli kredit üçün müraciət et

Reklamda dost qrupundakı bir nəfərdən başqa hər kəs öz menyu seçimlərini restoran şəbəkəsinə gedən dostu ilə bölüşür. Geridə qalan bir nəfərin yemək seçimini aydınlaşdırmaq üçün çox səy göstərdiyinin şahidi oluruq. Ancaq daha sonra aydın olur ki, sifariş verməyə gedən dostu artıq onun seçimini bilir. Odur ki, bundan ilhamlanan "McDonald's" sizi dostlarınızdan sifarişiniz barədə soruşaraq dostluğunuzu sınamağa dəvət edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et