"McDonald's" da işçilərini ixtisar etməyə hazırlaşır | Banco.az

"McDonald's" da işçilərini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

"McDonald's" şirkətinin də işçilərini ixtisar etməyə hazırlaşdığı bildirilir.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Çikaqoda yerləşən sürətli xidmət göstərən restoranlar şəbəkəsi "McDonald's" ötən həftə yerli və bəzi beynəlxalq işçilərinə elektron poçt göndərərək onlardan bazar ertəsindən çərşənbə gününə qədər evdən işləməyi xahiş edib.

Xəbərdə şirkətin işçilərindən mərkəz ofisində satıcılarla görüşlərini və bütün digər üzbəüz görüşləri ləğv etmələrini də xahiş etdiyi bildirilib.

Sözügedən elektron poçtda bugün, yəni aprelin 3-də başlayacaq həftədə şirkət miqyasında vəzifələr və kadrlarla bağlı mühüm qərarların bildiriləcəyi qeyd olunsa da, neçə nəfərin işdən çıxarılacağı ilə bağlı məlumat verilmədiyi söylənilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “McDonald's”ın baş direktoru Kris Kempçinski yanvar ayında verdiyi açıqlamada şirkətin bəzi işçilərinin ixtisar edilməsinin planlaşdırıldığını dilə gətirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et