"McDonald`s" Belarusiyada fərqli adla fəaliyyət göstərəcək | Banco.az

"McDonald`s" Belarusiyada fərqli adla fəaliyyət göstərəcək

Müəllif - Aida İsaq, Banco.az

Belarusiyada "McDonald`s" restoranları şəbəkəsi noyabrın 22-dən sonra yeni adla fəaliyyətə başlayacaq.

Banco.az xəbər verir ki, Rusiyada "McDonald`s"ı əvəz edən "Vkusno i tochka"  ("Вкусно и точка") şirkəti Belarusiyanın fast food müəssisələri şəbəkəsinə françayzinq müqaviləsi üzrə hüquqların ötürülməsini təsdiqləyib. 

Qeyd edək ki, Belarusiyanın altı şəhərində 25  "McDonald`s" restoranı hər il 10 milyondan çox ziyarətçiyə xidmət göstərirdi.

Xatırladaq ki, "McDonald`s" martın 14-dən Rusiyadakı restoranlarını bağlayaraq mayın 16-da Rusiya bazarından çıxdığını elan edib.

"McDonald`s"ın Rusiyadakı biznesinin yeni sahibi isə 2015-ci ildən Sibirdə şəbəkənin 25 françayzinq restoranını idarə edən Aleksandr Qovordur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et