MBNP-da Dünya Bankı ilə görüş keçirilib | Banco.az

MBNP-da Dünya Bankı ilə görüş keçirilib

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı “Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsi – Faza 2” (FSMP2) ikinci missiyasının nəticələrinə dair Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan verilən məlumta görə, görüş zamanı FSMP-2 layihəsinin icrasının uğurla davam etdiyini vurğulayan R.Aslanlı, layihə çərçivəsində bank nəzarəti üzrə hazırlanmış ilkin tədbirlər planına dair yeni formatı və bu sahədə müəyyən olunmuş atılacaq konkret addımları yüksək qiymətləndirdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Missiya üzvləri prudensial siyasət və metodologiya sahəsində yaradılan yeni layihənin mövcud metodoloji rəhbərliklə müqayisədə xeyli praktik olduğunu bildiriblər və bu istiqamətdə müvafiq tövsiyələr veriblər.

Görüşdə FSMP-2 layihəsinin ikinci missiyası çərçivəsində ümumilikdə görülmüş işlərlə bağlı hər iki qurum tərəfindən məmnunluq bildirilib.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et