“MBA-Moskva” Bankı 2014-cü ilə yekun vurub | Banco.az

“MBA-Moskva” Bankı 2014-cü ilə yekun vurub

“MBA-Moskva” Bankının Strateji inkişaf və marketinq idarəsindən bildiriblər ki, 2014-cü ilin yekunlarına görə, bank bir sıra göstəricilərin yaxşılaşdığını nümayiş etdirir.

Ötən il bank üçün inkişaf və fəaliyyətin bir sıra əsas maliyyə göstəricilərinin növbəti dəfə yaxşılaşması dövrü olub. Aktivlərin həcmi 2013-cü ilə nisbətən 57 faiz artaraq 51,5 milyard rubl təşkil edib, xüsusi kapital 108 faiz artaraq 6,3 milyard rubla çatıb (2013-cü ildə bu göstərici 3 milyard rubl olub).

2014-cü il ərzində “MBA-Moskva” Bankı kiçik və orta biznes müəssisələri ilə qarşılıqlı fəaliyyət sahəsində fəal işi davam etdirib. Məsələn, hüquqi şəxslərə verilmiş kreditlərin həcmi 26,5 milyard rubldan çox olub ki, bunun da 24 faizdən çox hissəsi Rusiya iqtisadiyyatının real sektorunun müəssisələrinə verilib. Hüquqi şəxslərin kredit portfelinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43 faiz artaraq 27 milyard rubla çatıb.

Ötən il “MBA-Moskva” Bankı cəlb olunmuş vəsaitlərin artım göstəricilərinin yaxşı dinamikasını nümayiş etdirib ki, bu da müştərilərin banka sabit etimadını və loyallığını təsdiq edir. Cəlb olunmuş vəsaitlər il ərzində 51 faiz artıb və hesabat dövrünün sonunda 20 milyard rubl təşkil edib (2013-cü ildə bu göstərici 13 milyard rubl olub). Həmin dövrdə fiziki şəxslərin hesablarındakı vəsait 32 faiz artaraq 11 milyard rubla çatıb.

2014-cü ilin mayında “MBA-Moskva” Bankı “Birləşmiş Hesablaşma Sistemi” (BHS) vahid qlobal şəbəkəsinin iştirakçısına, Rusiya ərazisində ən böyük bank olmayan kredit təşkilatına çevrilib. Bu gün BHS Rusiyanın 120 aparıcı bankının bankomatlarını və ödəniş terminallarını birləşdirir.

Avqust ayında “Moody’s Interfax Rating Agency” beynəlxalq reytinq agentliyi “MBA-Moskva” Bankının reytinqini milli şkala üzrə “Baa3” səviyyəsindən “Baa2” səviyyəsinə yüksəldib, habelə “Moody’s Investors Service” agentliyi “MBA-Moskva” Bankının reytinq proqnozunu beynəlxalq şkala üzrə “B3 sabit” səviyyəsini “B3 müsbət” səviyyəsi ilə əvəz edib.

“MBA-Moskva” Bankı istiqrazların açıq abunə üzrə buraxılışını həyata keçirib və “Fitch Ratings” beynəlxalq reytinq agentliyi ona uzunmüddətli reytinq səviyyəsində “BB (EXP)” yüksək reytinqini verib. Bu qiymətləndirmə ana bankın – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin uzunmüddətli reytinqinə uyğundur. Nominal üzrə istiqraz buraxılışının ümumi həcmi 3 milyard rubl təşkil edib. Dekabrda isə “MBA-Moskva” Bankı 2,96 milyard rubl məbləğində istiqraz borcunu ödəyib.

Hesabat ilində “MBA-Moskva” Bankı xarici maliyyələşdirmə imkanlarını genişləndirərək vəsaitlərin cəlb olunması üzrə də fəal mövqe tutub. Belə ki, oktyabr ayında “MBA-Moskva” Bankı prolonqasiya imkanı ilə 1 il müddətinə 54 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit cəlb edib. Bu sövdələşmənin təminatı təşkilatın yeganə iştirakçısının – “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin zəmanəti olub. Noyabrda “MBA-Moskva” Bankı 80 milyon ABŞ dolları məbləğində sindikatlaşdırılmış krediti vaxtında ödəyib.

Ən sərfəli kredit üçün müraciət et

azertag.az