Müəllif:Mehin Qasımova/Banco.az
Yapon avtomobil markası "Mazda" Türkiyədə avtomobil satışını dayandırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, "Mazda"nın internet saytında Türkiyədə avtomobil satışının qeyri-müəyyən müddətə dayandırıldığı bildirilib.
Saytda yer alan məlumata görə, satış sonrası xidmətlər və ehtiyat hissələrinin tədarükü davam edəcək.
"Mazda" avtomobillərinə verilən bütün zəmanətlər və uzadılmış zəmanətlər onların sona çatdığı tarixə qədər qüvvədə qalacaq.
Məlumata görə, "Mazda" Türkiyədə keçən il cəmi 183 ədəd, bu ilin 10 ayında isə 200 ədəd satılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!