Maykl Cordanın idman ayaqqabısı rekord qiymətə satıldı | Banco.az

Maykl Cordanın idman ayaqqabısı rekord qiymətə satıldı

Tamara Mustafayeva, Banco.az

Maykl Cordanın vaxtilə geyindiyi bir cüt idman ayaqqabısı rekord qiymətə alıcı tapıb.

Banco.az xarici mərbuata istinadla xəbər verir ki, Amerikalı məşhur basketbol ulduzu Maykl Cordanın 1984-cü ildə "Çikaqo Bullz" klubunun formasını geyindiyi ilk mövsüm ayağında olan idman ayaqqabısı 1.47 milyon dollara satılıb. Bu, bütün idman növləri üzrə oyunçuların geyindiyi ayaqqabılar üçün bu vaxta qədər ödənilən ən yüksək məbləğ hesab edilir.

Ağ və qırmızı rəngli "Nike Air Ships" markalı ayaqqabını Cordan 1984-cü ildə geyinmiş, elə həmin il də "Nike" firması ilə əməkdaşlığı başlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 2003-cü ildə təqaüdə çıxan ulduz oyunçu NBA tarixinin ilk milyarder basketbolçusudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et