Mayda Azərbaycan OPEC kvotasını 73 faiz istifadə edib | Banco.az

Mayda Azərbaycan OPEC kvotasını 73 faiz istifadə edib

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 612 min barel olub.

Energetika Nazirliyinə istinadən verilən xəbərə görə, bunun 500 min barelini xam neft, 112 min barelini isə kondensat təşkil edib.

Bununla da Azərbaycan OPEC kvotasını 73,1 % istifadə edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et