Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata əsasən, Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla cəmi bank depozitlərinin həcmi 2016-cı il may ayının 1-nə 22558,1 mln. manat təşkil edib.
Depozitlərin həcmi aprelin 1-nə olan göstərici ilə müqayisədə 2,44%, ilin əvvəli ilə müqayisədə isə 3,73% azalma göstərmişdir.
Azalma özünü həm manat, həm də dollarla olan depozitlərin həcmində özünü göstərir.
Belə ki, manatla tələb olunanadək depozitlərin həcmi may ayının 1-nə 2 189,0 mln. manat olmuşdur. Bu ilin əvvəli ilə müqayisədə 1,98% azalma deməkdir.
Xarici valyutada olan depozitlərin həcmi isə son bir ayda 5 509,7 mln. manat təşkil edib. İlin əvvəli ilə müqayisədə 1,17% azalma göstərib.