“MAX” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

“MAX” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 may 2023-cü il tarixində Bakı Fond Birjasında “MAX” MMC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1,000 manat olan AZ2001025447 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə 90 gündən bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 23.05.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

                                                                                                                                                 

Ən sərfəli krediti almaq üçün müraciət et