Müəllif:Mehin Qsımova/Banco.az
"Bleu Royal" adlı mavi brilyant Christie's hərrac evi tərəfindən hərraca çıxarılır.
Banco.az xəbər verir ki, noyabrın 7-də İsveçrənin Cenevrə şəhərində keçiriləcək hərracda almazın 50 milyon dollara alıcı tapacağı gözlənilir.
Daxili quruluşu "qüsursuz" olaraq xarakterizə edilən almaz gözəlliyi ilə göz oxşayır.
Christie's hərrac evinin sahibi Rahul Kadakia bildirir ki, Bleu Royal-ı bu qədər nadir və xüsusi edən onun ölçüsüdür:
"17,6 karatlıq almaz, ölçüsünə görə növünün ən böyüyüdür".
Qeyd edək ki, 2016-cı ildə "Oppenheimer Blue" adlı 14,6 karatlıq mavi almaz 57 milyon dollara satılıb. "Bleu Royal"in bu rekordu keçəcəyi düşünülür.
Bizi sosial şəbəkələrdən izləyin!!