Mastercard kriptovalyuta kartları buraxacaq | Banco.az

Mastercard kriptovalyuta kartları buraxacaq

Ödəniş sistemi nəhəngi Mastercard iyulun 20-si kriptovalyuta layihələri üçün “Mastercard Accelerate” proqramına girişin təmin edilməsi barədə məlumat dərc edib. “Mastercard Accelerate” proqramı fintex şirkətlərin ödəniş sistemi ilə qarşılıqlı əlaqəsini təmin edəcək. Kriptokartların ilk emitenti sistemdə lisenziyalı iştirakçı statusu almış britaniyanın kriptovalyuta startapı Wirex olacaq.

Kriptovalyuta şirkətlərinə öz proqramına daxil olmasını asanlaşdıran Mastercard bununla belə ümumi prinsiplərə (istehlakçıların etibarlı müdafiəsini (məxfilik və təhlükəsizlik) təmin etmək, qanun və qaydalara uyğun fəaliyyət göstərmək, çirkli pulların yuyulmasına qarşı standartlara riayət etmək) sadiq olacaqlarını qeyd edib.

Mastercard-ın rəqəmsal aktivlər üzrə vitse-prezidenti Raj Dhamodharan: “Kriptovalyuta bazarı inkişaf etməkdə davam edir və Mastercard müasir rəqəmsal iqtisadiyyat çərçivəsində istehlakçılar və fintex şirkətlər üçün etibarlı və təhlükəsiz mühit yaratmaqla irəliləyir.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et