MasterCard-ı yenidən məhkəmə və cərmə gözləyir | Banco.az

MasterCard-ı yenidən məhkəmə və cərmə gözləyir

Avropa anti-inhisar komitəsi yenidən beynəlxalq ödəniş sistemi olan MasterCard-a qarşı çıxış etməyə hazırlaşır, bu barədə Bloomberg informasiya agentliyi məlumat verir. Şikayətlərin əsas səbəbi yenə də tranzaksiyalar üçün tutulan yüksək komisyon haqlarıdır.

Avropa requlyatorları iyulun sonuna qədər MasterCard-a etirazlar ilə bağlı bildiriş göndərməyə hazırlaşır. Bu informasiya isə müzakirə olunan problemə yaxın olan anonim mənbədən alınıb.
2014-cü ilin sentyabrında MasterCard Avropa Komissiyası ilə 7 il davam edən məhkəmə prosesini uduzdu. Ödəniş sistemi onun plastik kartları vasitəsi ilə keçirilən beynəlxalq ödənişlər zamanı tutulan banklar arası komisyonu əsaslandıra bilmədi.

Avropa Ali Məhkəməsi Avropa Komissiyasının MasterCard tərəfindən təyin edilmiş banklararası komisyonların tutulmasının ləğv edilməsi haqqındakı qərarını dəstəklədi. Belə ki, həmin komisyon faizi rəqabətə ziyan vururdu.

Çox güman ki, kart tranzaksiyalarının emalından savayı, etirazlara dair yeni xəbərdarlıq, şirkətin «honour all cards» siyasətinə qarşı yönəlmiş olacaq. Bu tələbə əsasən, riteylerlər kartın hansı bank tərəfindən emissiya olunması və hansı qrupa aid olunmasından asılı olmayaraq, brendin bütün kartlarını qəbul etməli idilər.

Komissiyanın istənilən müdaxiləsi  növbəti məhkəmə çəkişmələrinin başlaması üçün əsas verəcək. Əgər requlyatorlar MasterCard tərəfində hüquq pozuntusunu sübut edə bilsə, onda şirkəti nəhəng miqdarda cərimələr gözləyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et