"Mastercard" dünya üzrə işçilərin sayını 3 faiz azaldır | Banco.az

"Mastercard" dünya üzrə işçilərin sayını 3 faiz azaldır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın maliyyə xidmətləri şirkəti "Mastercard" yenidən strukturlaşdırma planı çərçivəsində qlobal işçilərini 3 faiz ixtisar edəcək.

Banco.az xəbər verir ki, bu barədə "Mastercard" sözçüsü açıqlama verib.

Açıqlamada təşkilati dəyişiklik planının bir müddət əvvəl elan edildiyi xatırladılıb və böyüməni sürətləndirmək və uzunmüddətli imkanlara sərmayə qoymağa imkan verəcək potensialı üzə çıxarmaq üçün regionlar və müəssisələrin yenidən təşkilinin həyata keçirildiyi bildirilib.

Açıqlamada bildirilib ki, bu dəyişikliklər edilərkən ehtiyatların artım sahələrinə yenidən bölüşdürülməsi nəzərdə tutulur və bu addımlar şirkət işçilərinin 3 faizinin ixtisarına gətirib çıxaracaq.

İxtisarların tətbiq ediləcəyi işçilərə bildirişlərin əksəriyyətinin üçüncü rübdə tamamlanacağı və sözügedən işçilərə dəstəyin göstəriləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ mətbuatında işıqlandırılan xəbərlərdə ixtisarlardan təxminən 1000 personalın təsirlənəcəyi bildirilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram