Mastercard da kriptovalyutalara "QAPI AÇDI" | Banco.az

Mastercard da kriptovalyutalara "QAPI AÇDI"

Tamara Mustafayeva, Banco.az

Son dövrlərdə Visa tərəfindən hazırlanan kriptovalyuta kartlarının gündəmə gəlməsindən sonra digər ödəmə nəhəngi Mastercard da sektorda bir sıra mühüm addımlar atmağa qərar verib. Şirkət bu il müəssisələrə kriptovalyuta vasitəsilə ödəniş imkanı yaratmağı planlaşdırır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin sözügedən açıqlaması İlon Maskın Tesla şirkətinin 1.5 milyard dollar dəyərində bitkoin satın aldığını və yaxın zamanda bunu ödəniş vasitələrindən biri kimi qəbul edəcəyini bildirməsindən sonra edilib.

Açıqlamada həmçinin bütün kriptovalyuta növlərinin Mastercard ödəniş şəbəkəsi tərəfindən dəstəklənməyəcəyi də vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et