“Mastercard” Çində debet kartı əməliyyatları üçün lisenziya alıb | Banco.az

“Mastercard” Çində debet kartı əməliyyatları üçün lisenziya alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin ABŞ-ın ödəniş sistemləri şirkəti “Mastercard”a debet kartı əməliyyatı üçün lisenziya verib.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (mərkəzi bank) və Milli Maliyyə Tənzimləmə Administrasiyası “Mastercard” və onun çinli tərəfdaşı “NetsUnion”a yuan depozitləri ilə debet və kredit kartları ilə əməliyyatlar həyata keçirməyə icazə verib.

“Mastercard”a lisenziya verilməsi Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində mühüm addım hesab olunur.

Xatırladaq ki, daha əvvəl “American Express”ə ölkədə debet kartı əməliyyat lisenziyası verilmişdi, lakin şirkətin Çindəki tərəfdaşlığında nəzarət payı yoxdur. Belə ki, Çində debet kartı əməliyyatları dövlətə məxsus “UnionPay” şirkəti tərəfindən aparılır.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən, ölkədə “AliPay” və “WeChat Pay” onlayn ödəniş sistemlərindən də geniş istifadə olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram