"Mastercard" Azərbaycandakı bankları mükafatlandıracaq | Banco.az

"Mastercard" Azərbaycandakı bankları mükafatlandıracaq

Artıq 2018-ci ildə mobil ödəmələr dünya pərakəndə ticarətin 30%-ni təşkil edəcək. Həmçinin, 2020-ci ildə nağdsız ödənişlər dünya bazarında 30% paya sahib olacaq. Bunu jurnalistlərə açıqlamasında "Mastercard" şirkətinin Türkiyə və Azərbaycan üzrə meneceri Yasemin Bedir deyib.

Y.Bedirin sözlərinə görə, qarşıdakı 5 ildə texnoloji kəşflərin həcmi artacaq: "Qarşıdakı 5 ildə texnologiya ötən 50 ildən daha çox inkişaf edəcək".

"Mastercard"ın Azərbaycan üzrə meneceri Alper Meriç isə deyib ki, Azərbaycandakı bankları mükafatlandıracaqlar: "Biz istəyirik ki, Azərbaycan regionda son texnologiyadan istifadə edən ilk və lider dövlət olsun. Bunun üçün biz buradayıq. Məsələn, Azərbaycanda polis cərimələri də elektron şəkildə yaza bilər. Həmçinin, Azərbaycanda nağdsız ödənişləri təbliğ edən tərəfdaş bankları mükafatlandıracağıq. Hazırda 28 bankla işbirliyimiz var. Sayı artırmaq istəyirik".

Ən sərfəli kredit üçün müraciət et

A.Meriç nağdsız ödənişlərin qənaətə də şərait yaratdığını deyib: "Əgər Türkiyə kimi ölkədə ödənişlər 3 il boyunca nağdsız aparılsa qənaət nəticəsində əldə edilən vəsait hesabına 10 Bosfor körpüsü, 538 xəstəxana, 11 dəmiryolu inşa etmək olar".

Mənbə: Report.az