Beynəlxalq ödəmə sistemi olan nəhəng MasterCard, şirkəti fəaliyyət sahələrindən birində aktiv inkişaf etdirmək niyyətində olduğunu bildirir.
Banco.az infobank.by portalına istinadən xəbər verir.
Applied Predictive Technologies kompaniyasından provayder almasıyla əlaqədar kompaniya, öz müştərilərinə bir sıra əlavə funksiyalar təklif edə bilər.
Beləliklə, MasterCard artıq öz müştərilərinə “Test & Learn platform” seçimi təklif edə bilər. Qeyd edək ki, “Test & Learn platform”un mahiyyəti məhdud bölgələrdə reaksiyanın proqnozlaşdırılmasından ibarətdir. Platformadan istifadə, ödəniş sistemiylə əməkdaşlıq edən kampaniyalara maliyyə idarəetməsinin təkmilləşdirilməsinə və yüksək gəlir əldə edilməsinə imkan yaradır.
“Biznes mühitinin müasir rəqabət şəraiti, kompaniyanı çox sadə və effektiv analitikadan istifadə etməyə sövq edir” - deyə MasterCard Advisors-un prezidenti Kevin Stenton bildirib.
Applied Predictive Technologies, bu yaxınlarda Londonun analitik və konsaltinq şəbəkəsi olan 5One-ı alan MasterCard-ın siyahısına daxil oldu.
Alqılarla bağlı bütün prosedurlar, 2015-ci ilin ikinci kvartalının sonlarında yekunlaşacaq.
Müəllif: Fidan Maqbet qızı