Maskın şirkəti ABŞ-də dünyanın ən böyük superkompüterini inşa edəcək | Banco.az

Maskın şirkəti ABŞ-də dünyanın ən böyük superkompüterini inşa edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Maskın “X.AI” şirkəti Memfisdə dünyanın ən böyük superkompüterini inşa edəcək. O, “Nvidia H100” qrafik prosessorları ilə təchiz ediləcək.

Banco.az xəbər verir ki, bu barədə Böyük Memfis Ticarət Palatasının rəhbəri Ted Taunsend bildirib.

"X.AI”nin dünyanın ən böyük superkompüteri olan “Gigafactory of Compute”nin Memfisdə yerləşəcəyini elan etməkdən məmnunluq duyuram. İnsanları Marsa göndərmək üçün lazım olan hesablama gücünü təsəvvür edin. O, buradan Memfisdən gələcək", - deyə o əlavə edib.

Qeyd edilib ki, superkompüter süni intellektə (AI) əsaslanan sistemləri sürətləndirmək üçün nəzərdə tutulmuş “Nvidia H100” qrafik prosessorları ilə təchiz ediləcək. Onun əvvəllər İsveç məişət texnikası istehsalçısı “Electrolux Group”a məxsus zavodda yerləşəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram