Maskın hökumət üçün ilk tapşırığı - evdən iş rejimi ləğv ediləcək | Banco.az

Maskın hökumət üçün ilk tapşırığı - evdən iş rejimi ləğv ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Maskın hökumət üçün ilk tapşırığı: Artıq evdən işləmək olmayacaq.

Banco.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən Hökumətin Səmərəliliyi Departamentinin rəhbəri vəzifəsinə təyin edilən iş adamı İlon Mask və sahibkar Vivek Ramasvami federal işçilərin sayını azaltmaq üçün əvvəlcə qurumlarda uzaqdan işləməyi dayandıracaqlar.

CNN-ə müsahibə verən və müzakirələrdən xəbəri olan mənbə abreviaturası “DOGE” olan departamentdəki müzakirələr barədə məlumat verib.

Mənbənin sözlərinə görə, Mask və Ramasvami federal işçilərin “könüllü olaraq işdən çıxmaları” üçün federal qurumlarda distant işi dərhal dayandırmaqla həftənin 5 günü hər kəsin ofisə gəlməsini məcburi etməyi planlaşdırmağa razılaşıblar.

Belə bir tələb Vaşinqtondakı agentliklərin başqa yerlərə köçməsi ilə bir çox federal işçinin könüllü istefasına səbəb olacaq ki, bunun da Trampın yeni administrasiyasına federal işçi qüvvəsində kadr postlarını azaltmağa və hökumətin puluna qənaət etməyə kömək edəcəyi iddia edilib.

Ən sərfəli kredit üçün müraciət et

İşçilərdən bəziləri Kovid-19 pandemiyasından sonra keçdikləri 'evdən işləmək' əmri dəyişdirilərsə, istefa verə biləcəklərini bildirsələr də, bəziləri ofisə qayıtmağa hazır olduqlarını qeyd ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram