Mask yenidən ABŞ-nin ən varlı adamı oldu | Banco.az

Mask yenidən ABŞ-nin ən varlı adamı oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı iş adamı İlon Mask sərvətinin azalmasına baxmayaraq, üçüncü ildir ki, ABŞ-nin ən varlı adamı olaraq qalır.

Banco.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Onun sərvəti 244 milyard dollar olaraq qiymətləndirilir. Bununla belə, son bir ildə sahibkar 7 milyard dollar itirib. 

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-nin ən zəngin adamları siyahısında ikinci yeri “Amazon”un qurucusu Ceff Bezos tutur, onun sərvəti 197 milyard dollar qiymətləndirilir.

Üçüncü yerdə şirkətin səhmlərinin dəyərinin kəskin artması sayəsində sərvəti 181 milyard dollara çatan Mark Zukerberqdir.

Ümumilikdə “Forbes” jurnalına görə ABŞ-nin ən varlı adamları siyahısına 400 nəfər daxildir. Onların ümumi sərvəti bu il 5,4 trilyon dollar qiymətləndirilir ki, bu da rekord göstəricidir.

Ən sərfəli krediti almaq üçün müraciət et