Müəllif:Ayşən İmanova/Banco.az
“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) ABŞ-da istifadə müddətinə görə əvvəlki rekordunu yeniləyib.
Banco.az xəbər verir ki, bu barədə platformanın sahibi İlon Mask məlumat verib.
“ABŞ-da “X”dən istifadə bütün zamanların ən yüksək həddinə çatıb! İstifadəçi saniyələrinin ümumi sayı əvvəlki rekordu 5% üstələyərək 76 milyard təşkil edib”, - deyə Mask bildirib.
O, həmçinin əlavə edib ki, əgər “X” sadəcə bazar payını kifayət qədər artırarsa, o zaman bazarda rəqib qalmayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!