Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Maskın süni intellekt şirkəti “xAI” 300 milyon dollarlıq səhm satışına başlayıb.
Banco.az xəbər verir ki, Maskın “xAI” şirkəti 300 milyon dollarlıq səhmlərin satışı ilə dəyərini 113 milyard dollara çatdırdı.
Bu satış “xAI” şirkətinin mart ayında sosial media platforması X-i (əvvəlki Twitter) öz tərkibinə qatmasından sonra gələn yüksək dəyərləndirməni təsdiqləyir. Birlikdən sonra “xAI”ın dəyəri 80 milyard, X platformasının dəyəri isə 33 milyard dollar olaraq müəyyən edilmişdi.
Sözügedən səhmlərin satışı böyük bir investisiya raundundan əvvəlki hazırlıq mərhələsi kimi qiymətləndirilir. Şirkət ötən ilin sonunda başa çatdırdığı 5 milyard dollarlıq maliyyələşdirmə ilə dəyərini 45 milyard dollara yüksəltmişdi.
Sequoia Capital və Andreessen Horowitz kimi tanınmış investorlar da erkən mərhələdə şirkətə ortaq olmuşdular.
“xAI” ilə X platformasının inteqrasiyası süni intellekt modellərinin sosial media məlumatları əsasında inkişaf etdirilməsini hədəfləyir. İlon Maska görə, bu birləşmə istehsal qabiliyyətini artıracaq və sürətlə dəyişən texnologiya yarışında rəqabət üstünlüyü təmin edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!