Mask "Twitter"in məxfi sənədlərini yayımlayacağını açıqlayıb | Banco.az

Mask "Twitter"in məxfi sənədlərini yayımlayacağını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter”in "ifadə azadlığının məhdudlaşdırılması" ilə bağlı şirkət sənədlərini tezliklə ictimaiyyətlə bölüşəcək.

Banco.az xəbər verir ki, bu barədə şirkətin yeni sahibi İlon Mask rəsmi twitter hesabından yazıb.

O, qeyd edib ki, “Twitter”in ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı sənədlər məhz “Twitter”in özündə dərc olunacaq. “İctimaiyyət əslində nə baş verdiyini bilməyə layiqdir”, deyə o əlavə edib.

Xatırladaq ki, Mask “Twitter”i satın aldıqdan sonra keçmiş ABŞ prezidenti Donald Tramp, konqresmen Marcori Taylor Qrin  və reper Kanye Uest daxil olmaqla, daha əvvəl bağlanmış bəzi “Twitter” hesabları yenidən aktiv edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram