Mask "Twitter"də məsafədən iş rejimini ləğv etdi | Banco.az

Mask "Twitter"də məsafədən iş rejimini ləğv etdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask məsafədən işləyən “Twitter” işçilərinə ofislərə qayıtmağı tapşırıb.

Banco.az xəbər verir ki, “Twitter”in yeni CEO-su İlon Mask şirkət işçilərinə göndərdiyi ilk elektron poçtda məsafədən iş rejiminin başa çatdığını və işçilərin həftə ərzində ən azı 40 saatı ofisdə keçirmələrinin zəruri olduğu bildirilib.

Mask çərşənbə günü işçilərinə "çətin günlərə hazırlıq" məqsədilə e-poçt göndərib. Bu elektron məktubda o, həmçinin abunəlik gəlirlərinin şirkətin ümumi gəlirlərinin yarısına çatmasını hədəflədikləri qeyd olunub.

Xatırladaq ki, “Twitter”in İlon Maskın rəhbərliyində keçirdiyi bu iki həftə ərzində idarə heyətinin əksəriyyəti və işçilərinin yarısı ixtisar edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et